Kürdəmirdə 6 otaqlı ev yanaraq külə döndü – FOTO  

Kürdəmirdə 6 otaqlı ev yanaraq külə döndü – FOTO  

Hazırda oxunan: Kürdəmirdə 6 otaqlı ev yanaraq külə döndü – FOTO  

195664

Kürdəmirdə 6 otaqlı fərdi yaşayış evi əşyaları ilə birlikdə yanaraq külə dönüb. Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Həzi Aslanov küçəsi 26 nömrəli evdə qeydə alınıb. 

Belə ki, rayon sakini Şakir Kazımova məxsus 2 ailənin yaşadığı ümumi sahəsi 240 kv metr olan birmərtəbəli 6 otaq və bir mətbəxdən ibarət olan ev yanar konstruksiyaları ilə birlikdə yanaraq külə dönüb. Yanğın zamanı evdə heç kim olmadığından yanğın barədə ev sahibinə qonşular məlumat veriblər.
Dərhal hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və 16 nəfər şəxsi heyəti cəlb olunub.

Yanğınsöndürənlərin səyi nəticəsində evin bir otağı 20 kv metr sahədə, digər otağı isə 30 kv metr sahədə yanğından mühafizə olunub. Qalan hissələr isə əşyalarla birlikdə yanıb. Ev sahibinin sözlərinə görə, onlara küllü miqdarda maddi ziyan dəyib. Yanğının hansı səbəbdən baş verməsi aparılan araşdırmalardan sonra məlum olacaq. Hazırda faktla bağlı araşdırma aparılır. 


Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO