Xaçmazda şagird öz sinif yoldaşını bıçaqladı

Xaçmazda şagird öz sinif yoldaşını bıçaqladı

Hazırda oxunan: Xaçmazda şagird öz sinif yoldaşını bıçaqladı

195624

Xaçmaz rayonunda 11-ci sinif şagirdi Azər Babaşov öz sinif yoldaşı Daşdəmir Rəhimovu bıçaqlayıb. Hadisə rayonun Ləcət kənd məktəbində qeydə alınıb.

Yaralı şagird ağır halda Xaçmaz rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov məlumat verib.

Onun sözlərinə görə, insidentlə bağlı Xaçmaz rayon  polis şöbəsinə  məlumat daxil olub. Nəticədə lazımi ekspertiza təyin edilib.
Hazırda istintaq bölməsində araşdırmalar başlayıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO