Xocalıda yarımçıq qalan toy 32 il sonra yenidən çalındı:

Xocalıda yarımçıq qalan toy 32 il sonra yenidən çalındı: "Vağzalı" həsrəti bitdi - VİDEO

Hazırda oxunan: Xocalıda yarımçıq qalan toy 32 il sonra yenidən çalındı: "Vağzalı" həsrəti bitdi - VİDEO

195531

Xocalıda atışmaya görə yarımçıq saxlanılan toy mərasimi 32 il sonra yenidən keçirilərək yeni bir filmin hekayəsinə çevrilib.

Bizim.Media xəbər verir ki, “Global Media Group”un və “Report” İnformasiya Agentliyinin ərsəyə gətirdikləri film 1992-ci il yanvar ayının 18-də baş tutan, amma ermənilərin atəşə tutduğu üçün yarımçıq dayandırılan Xocalının sonuncu toyuna həsr olunub.

İllər əvvəl "Vağzalı"sı yarımçıq kəsilən toyun bəyi Vasif Qafarov və gəlini Dürdanə Məmmədova, digər qonaqlar, qohumlar və musiqi heyəti illər sonra yenidən doğma ata-baba yurdlarına gələrək toylarının davamını ediblər.
“Global Media Group”un layihəsi Xocalının sonuncu və işğaldan azad olunandan sonra ilk toyu kimi yaddaşlara həkk olunacaq.

Filmin çəkilişləri davam edir.

"Report" İnformasiya Agentliyi "Global Media Group"un tərkibinə daxildir.

 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO