BSU saxlanılan şöbə müdiri ilə bağlı açıqlama yaydı

BSU saxlanılan şöbə müdiri ilə bağlı açıqlama yaydı

Hazırda oxunan: BSU saxlanılan şöbə müdiri ilə bağlı açıqlama yaydı

19553

Bakı Slavyan Universiteti (BSU) barəsində cinayət işi açılan şöbə müdiri ilə bağlı məlumat yayıb. 

Universitetin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, bu gün bir sıra internet media resurslarında "140 min manatı mənimsəyən şöbə müdirinə cinayət işi açıldı" sərlövhəli yazı dərc edilib: 
 

MÖVZU İLƏ BAĞLI:

BSU-nun tələbələri şöbə müdirindən şikayət etdi - Təhsil haqqımız mənimsənilib 


"Həmin yazı ilə əlaqədar olaraq bildiririk ki, Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva bu ali təhsil müəssisəsinin Əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri, dosent Dürdanə Əliyevanın çoxsaylı qanunsuz əməlləri (hətta universitetə aid olmayan) ilə bağlı müvafiq qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edib. Hazırda Baş Prokurorluq tərəfindən həyata keçirilən intensiv istintaq tədbirləri davam etdirilir."

"Diqqətinizə bir faktı da çatdırmağı məqsədəuyğun hesab edirik ki, Bakı Slavyan Universitetinin Əlavə və qiyabi təhsil şöbəsində təhsil alan tələbələr və onların valideynləri tərəfindən bu məsələ ilə bağlı kütləvi informasiya vasitələrinə müraciət edilməyib və bu məlumatın heç bir əsası yoxdur". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO