Şuşada “Startapların və gələcək inklüziv texnologiyaların önəmi” barədə panel müzakirə keçirilib - FOTO

Şuşada “Startapların və gələcək inklüziv texnologiyaların önəmi” barədə panel müzakirə keçirilib - FOTO

Hazırda oxunan: Şuşada “Startapların və gələcək inklüziv texnologiyaların önəmi” barədə panel müzakirə keçirilib - FOTO

195511

Şuşada Mədəniyyət Nazirliyinin dəstəyi ilə Beynəlxalq Sahibkarlar Forumunun “Startapların və gələcək inklüziv texnologiyaların önəmi” mövzusunda ilk paneli keçirilib.

Bizim.Media xəbər verir ki, panelin moderatoru ICESCO-nun Baş direktorunun elm və təhsil üzrə müşaviri Məhəmməd Şərif olub.

Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov çıxışında sahibkarlığı və yaradıcılığı bir araya gətirərək bu sahədə sürətli tərəqqiyə nail ola biləcəyimizi qeyd edib.
“Bu sahədə ICESCO Baş direktorunun elm və texnologiya üzrə müşaviri Məhəmməd Şəriflə mühüm müzakirələrimiz olub. Çoxsaylı maraqlı tərəflərin olması tərifəlayiqdir. Bu startapları biz müxtəlif sahələrə tətbiq edə bilərik. Burada həmçinin mədəni irs də ehtiva edilməlidir”, - deyə şöbə müdiri əlavə edib.

Mədəniyyət Nazirliyinin kreativ Azərbaycan proqramından söz açan R.Əzizov bu təşəbbüsün ölkəmizdə yaradıcı və mədəniyyət sənayelərinin inkişafı üçün zəruri münbit ekosistemi dəstəkləməklə yaradıcı məhsullar və xidmətlərin yerli istehsalı, tanıtımı və ixracını təşviq etdiyini qeyd edib.

O, ICESCO ilə birgə bir çox layihələri ərsəyə gətirə biləcəklərini diqqətə çatdırıb.

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev rəhbərlik etdiyi ali təhsil müəssisəsinin artıq kifayət qədər investisiya cəlb etdiyini diqqətə çatdırıb. O bildirib ki, BDU-da Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin yaradılmasından sonra ali təhsil ocağı gəlir əldə etməyə başlayıb. Onun sözlərinə görə, universitet indi böyük strukturlarla, şirkətlərlə əməkdaşlıq edir: “Hesab edirəm ki, tələbələrimiz üçün əlverişli mühit yaratmalıyıq. Biz sahibkarlıq, startaplar, investisiya qoyuluşu ilə bağlı təcrübələrimizi digər ölkələrlə paylaşa bilərik”.

Kənd Təsərrüfatı İnkişaf Təşkilatının (AOAD) əməkdaşı Osama Rayisi sahibkarlıqda yerli gənc startapçıların ideyalarının inkişaf etdirilməsinin mümkünlüyündən danışıb.
Liviyanın Baş nazirinin keçmiş müavini, Sahibkarlıq üzrə böyük məsləhətçi Məhəmməd Əhməd Ələsvad kənd təsərrüfatı sahəsində idarəetmə sisteminin vacibliyini diqqətə çatdırıb. O, Liviya və Azərbaycan əlaqələri haqqında danışıb.

Tədbir panel müzakirələrlə davam edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO