3 nəfərin bank kartından oğurluq edənlər TUTULDU

3 nəfərin bank kartından oğurluq edənlər TUTULDU

Hazırda oxunan: 3 nəfərin bank kartından oğurluq edənlər TUTULDU

195424

Abşeron rayonu ərazisində müxtəlif vaxtlarda 3 nəfərin bank kartlarından 400, 220 və 442 manat pullarının oğurlanması barədə rayon polis idarəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 1996-cı il təvəllüdlü N.Məmmədova müəyyənləşdirilərək saxlanılıb.

Həmçinin rayon polis idarəsi əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində müxtəlif vaxtlarda daha iki nəfərin bank kartından 310 və 6 min manat pul oğurlamaqda şübhəli bilinən, əvvəllər də oğurluq və dələduzluğa görə məhkum olunmuş Raqif Məmmədov müəyyənləşdirilərək saxlanılıb.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsi əməkdaşlarının isə keçirdikləri tədbirlərlə paytaxt sakini olan bir şəxsin bank kartından 480 manat pulunu oğurlamaqda şübhəli bilinən Zaur Məmmədov saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO