Şuşadakı tarixi xəstəxana binası BƏRPA OLUNUR - FOTO  

Şuşadakı tarixi xəstəxana binası BƏRPA OLUNUR - FOTO  

Hazırda oxunan: Şuşadakı tarixi xəstəxana binası BƏRPA OLUNUR - FOTO  

195411

Şuşa şəhərində tarixi xəstəxana binası olan memarlıq abidəsi bərpa olunacaq. 

Bizim.Media “iqtisadiyyat.az”a istinadən xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruq İdarəsi bununla bağlı hazırlıqlara başlayıb. 

Şəhərin Heydər Əliyev küçəsində yerləşən 5017 inventar nömrəli memarlıq abidəsi bərpa olunaraq Ənənəvi İncəsənət Mərkəzinin təyinatına uyğunlaşdırılması üçün layihələndiriləcək. 

Lahiyələndirmə işlərini BIMD şirkəti həyata keçirəcək. Qoruqla şirkət arasında 234 820 manatlıq müqavilə bağlanıb. 

Qeyd edək ki, sözügedən bina XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsidir. Şuşa şəhəri işğal ediləndən sonra erməni terrorçular tərəfindən dağıntılara məruz qalıb. Şuşa şəhəri işğaldan azad ediləndən sonra bərpası ilə əlaqədar layihələndirilmə işləri görülür. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO