Aysel Əlizadədən erotik ŞEİR - ''Dodaqlarımı dodaqlarının arasında yatırardın...''

Aysel Əlizadədən erotik ŞEİR - ''Dodaqlarımı dodaqlarının arasında yatırardın...''

Hazırda oxunan: Aysel Əlizadədən erotik ŞEİR - ''Dodaqlarımı dodaqlarının arasında yatırardın...''

19538

Şair Aysel Əlizadə bu dəfə erotk şeiri ilə gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, o, feysbukda  yeni şeirini paylaşıb. Həmin şeiri təqdim edirik:

Kaş yatağımı bunca yalqız qoymazdın
qoxunu həsrətdən yox,
şəhvətdən alardım.
Kaş dodaqlarımı
dodaqlarının arasında yatırardın.
Necə başlamışdısa, eləcə bitərdi.
Gərək gözəl ayrılardıq.

Sən gözüyumulu,
yarıoyaq, yarıyuxulu
alnımdan boynuma
dodağınla cizgi çəkərdin,
başımı geri atıb aşağı ötürüb
yol verərdim mən də sənə.
Sən nəfəsini yel kimi dərimə üfürüb
İsti küləyim olardın yenə.

Bütün hücrələrimlə yanardım onda.
Səhra kimi uzanardım altında, suyum olardın...
Soyudardın qumsallığımı,
canına çəkərdin qadınlığımı.

Kaş gözəl ayrılardıq...
Tanrı kimi sevişib gedərdin.
Bətnimdə bəyaz iz buraxardın,
Sənə bir İsa doğardım ki...

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO