Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq mərkəzlərinə işə qəbul imtahanı keçiriləcək

Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq mərkəzlərinə işə qəbul imtahanı keçiriləcək

Hazırda oxunan: Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq mərkəzlərinə işə qəbul imtahanı keçiriləcək

195267

=Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Mədəniyyət Nazirliyi ilə birgə musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbulu üzrə test imtahanı keçirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahan bütün binalarda saat 10:00-da başlanacaq.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara "Namizədin yaddaş kitabçası" da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Musiqi istiqaməti üzrə imtahan verən iştirakçılar imtahana gələrkən özləri ilə mütləq HB sərtliyində sadə karandaş, qələmyonan və pozan gətirməlidirlər.

İmtahan müddəti direktor və direktor müavinlərinin işə qəbulu imtahanında 3 saat, müəllimlərin işə qəbulu imtahanında isə 2 saatdır.

Direktor və direktor müavinlərinin imtahanında namizədlərə 100, müəllimlərin imtahanında isə 70 test tapşırığı təqdim olunur. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar ümumi nəticəyə təsir göstərmir.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 5 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün 1 044 namizəd (106 nəfər direktor, direktor müavini, 938 nəfər isə müəllim vəzifəsinə işə qəbul) qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 5 ümumi imtahan rəhbəri, 12 imtahan rəhbəri, 102 nəzarətçi, 14 buraxılış rejimi əməkdaşı ayrılıb.

İmtahanda 5 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil) namizəd də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO