Şəkidə sahibsiz it 3 yaşlı uşağa HÜCUM EDİB

Şəkidə sahibsiz it 3 yaşlı uşağa HÜCUM EDİB

Hazırda oxunan: Şəkidə sahibsiz it 3 yaşlı uşağa HÜCUM EDİB

195244

Bu gün Şəkinin ucqar Kiçik Dəhnə kəndində üç yaşlı uşağı sahibsiz it dişləyib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə küçə qapısının açıq olması səbəbindən uşaq bu istiqamətə yeriyib.  

Həmin anlarda qapının qarşısından keçən sahibsiz it uşağa hücum çəkib və Elbəy Qədirlinin sağ ayağının baldır nahiyyəsindən dişləyib.

Ailə üzvlərinin köməyi ilə Elbəy Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Uşağa quduzluq əleyhinə peyvənd vurulduqdan sonra müayinələrdən keçirilib. 

Bədənində başqa fəsadlar olmadığından Elbəy Qədirli ambulator müalicə almaq şərti ilə evə göndərilib. Həkimlər onun həyati təhlükəsinin olmadığını, kəndin tibb məntəqəsində mütəmadi nəzarətdə saxlanacağını bildiriblər.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO