Bakıda məzardan 110 manatlıq çələng oğurlayan şəxs cəzalandırılıb

Bakıda məzardan 110 manatlıq çələng oğurlayan şəxs cəzalandırılıb

Hazırda oxunan: Bakıda məzardan 110 manatlıq çələng oğurlayan şəxs cəzalandırılıb

195234

Bakıda qəbir üstündən 110 manatlıq gül çələngi oğurlayan şəxs həbs edilib.

Bizim.Media qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda yerləşən qəbiristanlıqların birində baş verib.

Emin adlı şəxs dünyasını dəyişən atasının məzarına 110 manatlıq gül çələngi qoyub.

1986-cı il təvəllüdlü Zabil Hümmətov (ad, soyad şərtidir) məzarlıqda gəzəndə həmin çələngi görüb.

İşsiz olduğu üçün gülləri götürüb satmaq istəyib.

O, saxlanılaraq, İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 gün müddətinə inzibati həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO