Milli Kibertəhlükəsizlik Mərkəzi imkanlarını təqdim etdi - FOTO

Milli Kibertəhlükəsizlik Mərkəzi imkanlarını təqdim etdi - FOTO

Hazırda oxunan: Milli Kibertəhlükəsizlik Mərkəzi imkanlarını təqdim etdi - FOTO

195232

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) tərkibində Milli Kibertəhlükəsizlik Mərkəzi fəaliyyətə başlayıb.

Bizim.Media xəbər verir ki, Bakıda "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş “III Milli Kibertəhlükəsizlik Forumu”nda Mərkəz təmsil olunub.
 

MÖVZU İLƏ BAĞLI:

“Kibertəhlükəsizlik üzrə təhsil və insan resursları" panelində sual-cavab olub - FOTO


Milli Kibertəhlükəsizlik Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 aprel 2021-ci ildə qəbul olunmuş fərmanı ilə Dövlət Təhlükəsizliyi Xidmətinə ölkə üzrə kritik informasiya infrastrukturu obyektləri ilə bağlı normativ hüquqi aktlarının hazırlanması və təqdim olunması səlahiyyəti verilib.

Bununla əlaqədar olaraq Nazirlər Kabinetinin 229 və 230 nömrəli qərarları ilə Kritik informasiya infrastruktur obyektlərinin təhlükəsizliyinin təmin edilməsi qaydası və kritik informasiya infrastrukturu obyektlərinin reyestr strukturu və aparılması qaydaları təsdiq olunub.


Mərkəz təmsilçisi bildirib ki, Dövlət Təhlükəsizliyi Xidməti müvafiq olaraq kritik informasiya infrastrukturu obyektlərinin siyahısını hazırlayıb aidiyyəti üzrə təqdim edib.

Bu, gələcək planda onların təhlükəsizliyinə nəzarət, onlara metodik dəstəyin göstərilməsi, qarşılıqlı əlaqənin formalaşmasında ilkin addımların atılmasıdır.

Bunun üçün süni intellekt əsasında milli həll (COBRA) hazırlanıb. Gələcəkdə kritik informasiya infrastrukturu subyekti və ya şəxslər onlarda yaranacaq hər hansı sualı milli həllə daxil etməklə cavab tapmış olacaqlar.

Qeyd edək ki, COBRA-nın konkret olaraq əhatə dairəsi müvafiq normativ hüquqi aktları əhatə edir. Milli həll kritik informasiya infrastrukturu ilə bağlı verilən istənilən suala bazasına yüklənmiş normativ hüquqi aktlardan yola çıxaraq, cavabları analiz edərək məqsədəuyğun şəkildə cavab verəcək.

Milli həll hazırda lokaldadı, gələcəkdə qlobala çıxaracağı gözlənilir.


Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzi kritik informasiya infrastrukturlarının təhlükəsizliyinə nəzarət edir.

Mərkəzin saytında (//ncsc.gov.az) həm informatik xarakterli, həm də mərkəzin fəaliyyəti haqqında məlumatlar yer alıb. Saytın məhsullar və xidmətlər bölməsində Milli Kibertəhlükəsizlik Mərkəzində görülən işlər barədə informasiya yerləşdirilib.

Onlar çevikliyi artırmaq məqsədilə real vaxt ərzində kritik informasiya infrastrukturu subyektlərinin təhlükəsizliyi ilə bağlı sual verib cavab ala biləcəklər.

Bundan başqa, kiber təhdid məlumatlarının mübadilə platforması da var. Burada da subyektlər öz təhlükəsizliyini gücləndirmək məqsədilə qoşula və təhdidlərlə bağlı informasiyaları öz aralarında və yaxud Milli Kibertəhlükəsizlik Mərkəzi ilə mübadilə edə bilərlər. Sayt əsasən informatik xarakterlidir, bir neçə bölmədən ibarət olan saytda dünyada və Azərbaycanda baş verən kibertəhlükəsizliklə bağlı məqalələr yer alacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO