Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Bu barədə Bizim.Media-ya Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən məlumat daxil olub.
Bildirilib ki, may ayının 31-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 14 kiloqram 150 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:00 / 01.06.2024
Külli miqdarda narkotikin İrandan ölkəmizə keçirilməsinin qarşısı alındı - FOTO
Hazırda oxunan: Külli miqdarda narkotikin İrandan ölkəmizə keçirilməsinin qarşısı alındı - FOTO
Hazırda oxunan: Külli miqdarda narkotikin İrandan ölkəmizə keçirilməsinin qarşısı alındı - FOTO
195200
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.