Hərbi attaşelərin

Hərbi attaşelərin "N" hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub

Hazırda oxunan: Hərbi attaşelərin "N" hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub

195189

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin "N" hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub.

Bizim.Media xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsinə hörmət və ehtiram nümayiş etdirilib.

Sonra 22 dövləti təmsil edən hərbi attaşelik aparatlarının 26 nümayəndəsinə hərbi hissənin yaranması və döyüş yolu haqqında brifinq verilib.

Qonaqlar şəxsi heyətə verilən yeni növ hərbi geyim forması, gündəlik qida təminatı, məişət şəraiti və hərbi hissənin silahlanmasında olan bəzi döyüş texnikası ilə tanış olublar.
Səfər çərçivəsində qonaqlar Nizami Gəncəvi məqbərəsi və muzeyi, Fikrət Əmirov adına Gəncə Dövlət Flarmoniyası, Şah Abbas məscidi, Göygöl Milli parkını, həmçinin 2020-ci ilin oktyabr ayında erməni silahlı qüvvələrinin Gəncə şəhərinə müxtəlif raketlərlə hücumu zamanı dağıdılmış yaşayış yerlərini ziyarət ediblər.

Hərbi attaşelər səfərin yüksək səviyyədə təşkilinə, göstərilən diqqət və qonaqpərvərliyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO