Dünya şöhrətli alim Aziz Sancar Naxçıvana səfər edib

Dünya şöhrətli alim Aziz Sancar Naxçıvana səfər edib

Hazırda oxunan: Dünya şöhrətli alim Aziz Sancar Naxçıvana səfər edib

195185

Azərbaycan Milli Elmlər Akademiyasının dəvətilə Azərbaycana səfərə gələn dünya şöhrətli alim, kimya üzrə Nobel mükafatı laureatı Aziz Sancar "Türk dünyasının qapısı" olaraq bilinən Naxçıvan Muxtar Respublikasına səfər edib.

Bizim.Media xəbər verir ki, Aziz Sancar səfər çərçivəsində ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.

Dünya şöhrətli alim Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşəcək. Həmçinin AMEA-nın Naxçıvan bölməsi ilə tanış olacaq, Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələriylə də görüşü planlaşdırılır.

Aziz Sancarı ziyarət zamanı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Dr. Alptekin Cihangir İşbilir müşayiət edir.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO