“Kibertəhdid məlumatlarının mübadilə olunması bütün tərəflərin xeyrinə olar

“Kibertəhdid məlumatlarının mübadilə olunması bütün tərəflərin xeyrinə olar" – Davud Rüstəmov

Hazırda oxunan: “Kibertəhdid məlumatlarının mübadilə olunması bütün tərəflərin xeyrinə olar" – Davud Rüstəmov

195170

"Azərbaycanda kritik informasiya infrastrukturu təcrübəsi və kibertəhlükəsizliyi provayderi var. Bu xidmət provayderi Azərbaycan özəl sektorunda yeni formalaşmaqdadır".

Bizim.Media xəbər verir ki, bunu Dövlət Təhlüləsizliyi Xidmətinin (DTX) Kibertəhülkəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov Bakıda keçirilən "III Milli Kibertəhlükəsizlik Forumu"nda deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Türk dövlətləri arasında kibertəhlükəsizlik standartlarının müəyyən olunması TƏKLİF edilir – FOTO


O bildirib ki, Azərbaycanda kritik informasiya infrastrukturlarının kibertəhdidlərə qarşı dayanıqlılığını təmin etmək üçün yeganə və effektiv yol kibertəhdid məlumatlarının ən qısa müddətdə mübadilə olunmasıdır:

"Biz bu fəaliyyəti lokal olaraq ölkə daxilində həyata keçiririk. Dövlət və özəl sektor arasında bu mübadilə inkişaf edir.
Bank, maliyyə sektoru demək olar ki, tamamilə bu platformaya qoşulub. Təqdirəlayiq haldır ki, özəl sektor da bu sahədə öz töhfəsini verməkdədir. Heç kim kibertəhdidlərdən sığortalanmağa dair zəmanət vermir. Kibertəhdid məlumatlarının ən qısa müddətdə mübadilə olunması bütün tərəflərin xeyrinə olar".


Davud Rüstəmov kiberhücumlara qarşı mübarizədə beynəlxalq əməkdaşılığın əhəmiyyətli olduğunu söyləyib:

"Azərbaycanda kritik informasiya strukturlarına hədəfli kiberhücumlar müşahidə olunur. Bu hücumlara qarşı mübarizədə beynəlxalq əməkdaşlıq vacibdir. Kibertəhlükəsizlik sahəsində peşəkar komandaya sahib olan və yalnız kibertəhlükəsizlik xidmətləri təqdim edən şirkətlərimiz var. Onlar həm də münasibətlərin tənzimlənməsində mühüm rol oynayır. Belə şirkətlərin beynəlxalq əməkdaşlıq imkanları mövcuddur. Dünyanın qlobal şirkətləri və iri korporasiyaları ilə kibertəhdidlərə qarşı mübarizə sahəsində imkanlar günü-gündən artmaqdadır".

O bu sahədə kadr hazırlığı məsələsinə də toxunub:

"Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına akademiyası bu sahədə kadr hazırlığında önəmli rola malikdir.

Kibertəhlükəsizlik sahəsində peşəkar mütəxəssis komandasına sahib olan və kibertəhlükəsizlik xidməti provayderi kimi xidmət göstərən şirkətlər artıq formalaşmaqdadır".
Qeyd edək ki, Bakıda "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş “III Milli Kibertəhlükəsizlik Forumu” keçirilir. Tədbir Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı və "Azerconnect Group"un əsas tərəfdaşlığı ilə baş tutub.

Onu da bildirək ki, Bizim.Media III Milli Kibertəhlükəsizlik Forumunun media tərəfdaşıdır.








Günay Şahmar, Nicat Niftəliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO