Elvin Balacanov: “Azərbaycanda kibercinayətlərin sayı sürətlə artmaqdadır” – FOTO

Elvin Balacanov: “Azərbaycanda kibercinayətlərin sayı sürətlə artmaqdadır” – FOTO

Hazırda oxunan: Elvin Balacanov: “Azərbaycanda kibercinayətlərin sayı sürətlə artmaqdadır” – FOTO

195158

“Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasında kadr bazasının formalaşdırılması həm Azərbaycan, həm də digər ölkələr üçün çox aktual məsələdir. Çünki kibethücumların, kiberinsidentlərin və kibercinayətlərin sayı sürətlə artmaqdadır. Bunlarla mübarizə aparmaq üçün kifayət qədər kadr potensialı olmalıdır”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının sədri Elvin Balacanov Bakıda Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş “III Milli Kibertəhlükəsizlik Forumunda jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə çox təssüflər olsun ki, kiberhücum və kibercinayətlərin sayı digər cinayətlərlə münasibətdə dəfələrlə çox ola bilir:

“Ona görə də kadr potenialının gücləndirilməsinə ciddi diqqət yetirilməlidir. Hazırda kadr hazırlığının gücləndirilməsi istiqamətində iş aparılır. Qeyd edim ki, Assosasiyanın tərkibində 52 sahə üzrə ixtisaslaşmış şirkət və 67 nəfər ən azı 3 il iş təcrübəsi olan fərdi ekspertlər var.
Bununla yanaşı 15 ali təhsil müəssisəsində də kiberklubları yaradılmasına dəstək vermişik. Həm də xarici tərəfdaşlıqlarımız var”, deyə Elvin Balacanov qeyd edib.

Qeyd edək ki, Bakıda "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş “III Milli Kibertəhlükəsizlik Forumu” keçirilir. Tədbir Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı və "Azerconnect Group"un əsas tərəfdaşlığı ilə baş tutub.

Onu da bildirək ki, Bizim.Media III Milli Kibertəhlükəsizlik Forumunun media tərəfdaşıdır.













Günay Şahmar, Nicat Niftəliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO