“Ümid edirik ki, forumumuz həm ölkəmizin, həm də kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığın inkişafına töhfə verəcək”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının sədri Elvin Balacanov Bakıda Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş “III Milli Kibertəhlükəsizlik Forumunda jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə foruma 350-dən yuxarı iştirakçı qatılıb. Eyni zamanda iştirakçılar 15 müxtəlif ölkədən təşrif buyurub. Forumda 30-dan çox çıxışçı iştirak edəcək və 5 panel üzrə müzakirələr olacaq:
“Hesab edirik ki, kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi digər ölkələrlə əməkdaşlıq çərçivəsində təmin oluna bilər. Ona görə də bu günkü formumuzun iki paneli regional və beynəlxalq əməkdaşlıq məslələrini əhatə edəcək. İlk panelimiz kritik informasiya infrastrukturana dair Türk Dövlətləri Təəşkilatına üzv dövlətlərin təcrübəsi, digər əməkdaşlıqla bağlı panelimiz isə kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlıq adlanır. Bu gün həm də ali təhsil müəssisələrimizdə, xüsusilə də kibertəhlükəsizlik təhsili və insan resursları bazasının yetişdirilməsində önəmli yer tutan ali təhsil müəssisələrimizin təcrübəsi və tövsiyələri də dinləyəcəyik. İlk dəfə olaraq kiber diaspora adlı bir panelimiz də baş tutacaq. Bilirik ki, Azərbaycandan xaricdə müxtəlif şirkətlərdə və iri korporasiyalarda bir sıra həmvətənlərimiz çalışırlar. İstəyirik ki, onları da vahid bir platformada birləşdirək və onlar arasındakı şəbəkələşməni təmin edək. Bu fəaliyyətə yenicə başlamışıq”.
Qeyd edək ki, Bakıda "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş “III Milli Kibertəhlükəsizlik Forumu” keçirilir. Tədbir Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı və "Azerconnect Group"un əsas tərəfdaşlığı ilə baş tutub.
Onu da bildirək ki, Bizim.Media III Milli Kibertəhlükəsizlik Forumunun media tərəfdaşıdır.
Günay, Şahmar, Nicat Niftəliyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:54 / 01.06.2024
“Xaricdə çalışan həmvətənlərimizi vahid platformada birləşdirəcəyik” - Kibertəhlükəsizlik Assosiasiyasının sədri
Hazırda oxunan: “Xaricdə çalışan həmvətənlərimizi vahid platformada birləşdirəcəyik” - Kibertəhlükəsizlik Assosiasiyasının sədri
Hazırda oxunan: “Xaricdə çalışan həmvətənlərimizi vahid platformada birləşdirəcəyik” - Kibertəhlükəsizlik Assosiasiyasının sədri
195156
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.