Bakıda "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş “III Milli Kibertəhlükəsizlik Forumu” keçirilir.
Bizim.Media xəbər verir ki, tədbir Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı və "Azerconnect Group"un əsas tərəfdaşlığı ilə baş tutub.
Forumun əsas məqsədi kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verə biləcək tərəfdaşlar və mütəxəssislərlə birgə müzakirələrin həyata keçirilməsidir.
350-dən dən çox mütəxəssis iştirak etdiyi Forum çərçivəsində kibertəhlükəsizlik sahəsi üzrə aidiyyəti yerli və xarici qurum, təskilat və şirkətlərin rəhbər və vəzifəli şəxslərinin, eləcə də mütəxəssislərin çıxışları dinlənilib.
Habelə, "Azərbaycan Respublikasının kibertəhlükəsizlik ekosistemi", "Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair Türk dövlətləri Təşkilatlarına üzv dövlətlərin təcrübəsi", "Kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlıq", "Kibertəhlükəsizlik üzrə təhsil və insan resursları" və "Kiberdiaspora" adlı panellərdə müzakirələr baş tutub.
Forumun açılışında AKTA sədri Elvin Balacanov və bir neçə şirkət rəhbəri çıxış edib.
Məlumat üçün bildirək ki, Forumun tərəfdaşları sırasında "Azerconnect Group" və "CISCO" şirkətləri, qızıl sponsorları sırasında "CyberPoint", "Code Academy", "Eset", "Muk" , "Smart İT" və "Crowdstrike" şirkətləri yer alıb.
Xatırladaq ki, Forum Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən ənənəvi olaraq hər il təşkil olunur.
Qeyd edək ki, Bizim.Media III Milli Kibertəhlükəsizlik Forumunun media tərəfdaşıdır.
Günay Şahmar, Nicat Niftəliyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:44 / 01.06.2024
Bakıda III Milli Kibertəhlükəsizlik Forumu KEÇİRİLİR – FOTO
Hazırda oxunan: Bakıda III Milli Kibertəhlükəsizlik Forumu KEÇİRİLİR – FOTO
Hazırda oxunan: Bakıda III Milli Kibertəhlükəsizlik Forumu KEÇİRİLİR – FOTO
195147
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.