Bu gün Bakı metropoliteni uşaqların İXTİYARINA verilib

Bu gün Bakı metropoliteni uşaqların İXTİYARINA verilib

Hazırda oxunan: Bu gün Bakı metropoliteni uşaqların İXTİYARINA verilib

195144

Bakı metropolitenində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar növbəti layihələr keçirilir.

Bizim.Media xəbər verir ki, “Bakı Metropoliteni” QSC-yə istinadən məlumat verir ki, metronun bütün stansiyalarında Azərbaycan bəstəkarlarının uşaqlar üçün bəstələdiyi, eləcə də Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş mahnılar, Ulu Öndərin uşaqlara arzuları və tövsiyələri səsləndirilir. Proqrama 30-dan artıq musiqi parçası daxil edilib.

Bundan əlavə metropolitenin daha bir layihəsi yenidən sərnişinlərin ixtiyarına verilib. Bütün qatarlarda stansiyalara uyğun olaraq, “Qapılar bağlanır, növbəti stansiya...” sözlərini uşaqlar elan edirlər.
Layihə Bakı metropolitenində günün sonuna qədər davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO