Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı saxlanılanların növbəti məhkəməsi keçirilib

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı saxlanılanların növbəti məhkəməsi keçirilib

Hazırda oxunan: Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı saxlanılanların növbəti məhkəməsi keçirilib

195140

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Bizim.Media xəbər verir, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində vəkillərinin iştirakı ilə müstəntiqə verdiyi ifadələrinin video çəkilişi nümayiş olunub.

Təqsirləndirilən şəxs Elşad Əsgərov məhkəmədə həmin video çəkiliş aparılarkən alınan ifadəsini təsdiq etdiyini deyib. O, vəkilinin iştirakı ilə ifadə verdiyini bildirib.
Daha sonra digər təqsirləndirilən Səbuhi Şirinovun ifadəsinin hadisə yerində çəkilmiş videosu nümayiş edilib.

Hakim Elnur Nuriyev bildirib ki, Səbuhi Şirinovun hadisə yerində aparılan video çəkilişi protokola uyğundur.

Bundan sonra təqsirləndirilən Elşad Əsgərovun da hadisə yerində ifadəsinin yoxlanılması video çəkilişi olduğu bildirilib.

Daha sonra prosesdə təqsirləndirilən Rəşad Əhmədovun üzərinə baxış keçirilən zaman aparılan videoçəkiliş nümayiş olunub.

Bundan sonra cinayət işində olan ekspertiza rəyləri elan edilib.

Növbəti məhkəmə prosesi iyunun 7-nə təyin edilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO