"Slavyanka" cərimələnir

Hazırda oxunan: "Slavyanka" cərimələnir

195134

"Gədəbəy Mineral Suları" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

Bizim.Media xəbər verir ki, sənədə Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə iyunun 5-də baxılacaq.

Xatırladaq ki, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

Qeyd edək ki, "Gədəbəy Mineral Suları" MMC "Slavyanka" əmtəə nişanının sahibidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO