“Sputnik” aşkar şəkildə  erməni propaqandası ilə məşğuldur - Elçin Alıoğlu

“Sputnik” aşkar şəkildə  erməni propaqandası ilə məşğuldur - Elçin Alıoğlu

Hazırda oxunan: “Sputnik” aşkar şəkildə  erməni propaqandası ilə məşğuldur - Elçin Alıoğlu

Özət:

 

  • Sputnikin Prezident Adminstrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovla əlaqəsi
  • 2016-cı ildə Aprel döyüşlərinin “Sputnik”in Azərbaycan və Ermənistan versiyalarında necə işıqlandırıldığının fərqi
  • M.Simonyanın digər erməni media-maqnatı, “life.ru” saytının o vaxtkı sahibi Aram Qabrielyanla yazışması

 

1951

Tanınmış jurnalist, media eksperti Elçin Alıoğlu Azərbaycanda fəaliyyət göstərən “Sputnik.az” saytı ətrafında yaranan son qalmaqallara münasibət bildirərkən belə deyib:

“Onun başında duran Marqarita Simonyan həmişə Azərbaycana qərəzli və qeyri obyektiv münasibəti ilə seçilib. “Sputnik” aşkar şəkildə erməni propaqandası ilə məşğuldur."

"Erməni mövqelərini müdafiə edir və birbaşa düşmən təbliğatını yeridir. Əfsuslar olsun ki, bununla bağlı Azərbaycan hələ də rəsmi mövqe bildirməyib".

Onun Azərbaycanda fəaliyyət göstərməsi heç bir məntiqə sığmır. Xüsusən də Ermənistanla müharibə şəraitində yaşadığımız vaxt.

Beynəlxalq arenada özünə məxsus yeri olan “Sputnik” media holdinqi demək olar ki, dünyanın bir çox ölkələrində nümayəndəliklər yaradıb. Xüsusi ilə də postsovet ölkələrində ciddi dayaqları mövcuddur.

Çoxu onu Rusiyanın “təbliğat maşını” kimi qəbul edir. Bəzi ölkələrdə destruktiv mövqelərinə görə fəaliyyətləri yasaqlanıb.

“Sputnik”in Azərbaycana daxil olmasının isə məşum tarixçəsi var. Sosial şəbəkələrdə bir çoxları bunu Prezident Adminstrasiyasının keçmiş siyasi məsələləri üzrə müdiri Əli Həsənovla əlaqələndirir. Erməni iş adamlarının vasitəsi ilə ölkəmizə daxil olan media qurumunun xeyir-duasını onun verdiyi söylənilir. Bəzi iş birlikləri və rüşvət faktı söz konusudur.

“Sputnik.az” saytının ölkəmizə qarşı destruktiv fəaliyyəti burada çalışan əksər yazarlarımızın narazılığına da səbəb olub. Onlar yüksək maaşdan imtina edərək üsyankarcasına saytdan ayrılıblar.

Bir müdddət əvvəl “Sputnik-Azərbaycan”ın keçmiş baş redaktoru Mətin Yaşaroğlu qalmaqallı şəkildə işdən çıxarıldı. O zaman bəlli olmuşdu ki, Yaşaroğlu Qarabağ məsələsində “Sputnik” şəbəkəsinin rəhbəri Marqarita Simonyanın yürütdüyü xəttlə razılaşmamışdı. 

O, işdən çıxarılandan sonra verdiyi müsahibədə də buna açıq şəkildə ifadə etmişdi:

“…Bu qədər cəlbedici işdən imtina etməyimin özüm üçün müəyyən etdiyim başlıca bir səbəbi var: Bir azərbaycanlı jurnalist kimi Qarabağ münaqişəsi ilə bağlı öhdəmə düşən işin, yəni mövqe ifadə edən yazıların dərcində iştirakımın sıfıra endirilməsi faktı ilə üz-üzə qalmışdım”.

Amma Ermənistanda fəaliyyət  göstərən analoji qurumu müqayisə edərkən görürük ki, “Sputnik” Ermənistanda Dağlıq Qarabağ müharibəsinə öz səhifələrində geniş yer verir, əsas istiqamət məhz bu mövzuya yönəlir.

Hətta müharibənin alovlandığı günlərdə bəzi hallarda jurnalist neytrallığını kənara ataraq sırf hərbi vətənpərvərlik və Azərbaycana qarşı əks-təbliğatla məşğuldur.

Azərbaycanda isə əksinə, qadağalar indi də hökm sürür. 

4 il əvvələ, 2016-cı ilə diqqət çəksək, Aprel döyüşlərinin “Sputnik”in Azərbaycan və Ermənistan versiyalarında necə işıqlandırıldığı fərqini ilk baxışdan görmək olar.

Düşmən ölkənin “Sputnik”ində erməni siyasətinin və “vətənpərvərliyinin”, “ordunun qələbəsi”, yalançı “zəfər” gecə-gündüz təbliğ olunurdu, Azərbaycan “Sputnik”ində isə susqunluq hökm sürürdü.

2016-cı il aprel döyüşləri gedən zaman M.Simonyanın digər erməni media-maqnatı, “life.ru” saytının o vaxtkı sahibi Aram Qabrielyanla yazışmasını qeyd etmək yerinə düşər.

Bu yazışmadan sonra hamınızda təbii bir sual yaranacaq. Əgər “Sputnik.az” saytının sahibi Azərbaycana qarşı konkret mövqe ortaya qoymaqdan çəkinmirsə, bəs biz nədən çəkinirik? “Sputnik”in Azərbaycanda nə işi var?

Doğrudanmı biz “erməni kəşfiyyat yuvasını” öz isti qucağımızda saxlamaqdan bu qədər məmnunuq?

Araşdırmalarımız davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO