MEDİA Şabranda region jurnalistləri üçün konfrans keçirdi – FOTO/VİDEO 

MEDİA Şabranda region jurnalistləri üçün konfrans keçirdi – FOTO/VİDEO 

Hazırda oxunan: MEDİA Şabranda region jurnalistləri üçün konfrans keçirdi – FOTO/VİDEO 

195067

Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə şimal bölgəsində fəaliyyət göstərən media mənsubları üçün təlim proqramı-konfrans təşkil olunub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, MEDİA-nın İcraçı direktorunun müavini Natiq Məmmədli konfransı giriş nitqi ilə açıb. 

Natiq Məmmədli belə konfransların bölgədə peşəkar mətbuatın daha səmərəli inkişafına dəstək verdiyini deyib.

MEDİA-nın İnkişafı Agentliyinin şöbə müdirləri Adil Tağıyev və Səbinə Seyidova “Azərbaycanda media mühitinin hüquqi mexanizmləri” və “Sosial mediada jurnalistlərin peşə davranışı qaydaları” mövzusunda çıxış ediblər. Daha sonra fikir mübadiləsi aparılıb.

Bizim.Media-nın müxbiri Aytəkin Alxaslı sosial şəbəkələrin bölgədə peşəkar mətbuata mənfi təsirindən danışıb. Digər çıxış edənlər də öz təkliflərini səsləndiriblər. MEDİA-nın icraçı direktorunun müavini Natiq Məmmədli verilən sual və təkliflərə öz münasibətini bildirərək, bu istiqamətdə görülən və görüləcək işlərdən söz açıb.

Natiq Məmmədli Bizim.Media-ya açıqlamasında konfransın əsas məqsədlərini açıqlayıb.

Daha ətraflı videoda:
 













Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO