“Suallar 5-ci sinif səviyyəsində olacaq” – Ekspert  

“Suallar 5-ci sinif səviyyəsində olacaq” – Ekspert  

Hazırda oxunan: “Suallar 5-ci sinif səviyyəsində olacaq” – Ekspert  

195063

Xəbər verdiyimiz kimi, taksi sürücülərinin hazırlıq səviyyəsini Dövlət İmtahan Mərkəzi (DİM) qiymətləndirəcək. 

Bizim.Media xəbər verir ki, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov məsələ ilə bağlı fikirlərini bildirib. 

Ekspert qeyd edib ki, verilən qərarda imtahanın mürəkkəb qaydada keçirilməsi nəzərdə tutulmur: 

“Son vaxtlar taksi mövzusu ölkədə ən çox istismar olunan mövzulardan birinə çevrilib. Elə dünən xəbəri çıxan da... Söhbət illərdir qanunvericilikdə olan bir şeydən gedir. Əslində bu gün üçün heç bir yenilik də yoxdur. Söhbət hansısa mürəkkəb imtahandan, akademik biliklərin yoxlanılmasından da getmir. 

Hələ 2015-ci ildən “Avtomobil nəqliyyatı haqqında” Qanunda belə bir müddəa var ki, kommersiya məqsədli yük və sərnişin daşıyan avtomobil nəqliyyatı sürücüləri (yəni avtobus sürücüləri, yük avtomobili sürücüləri və taksi sürücüləri) bu işə başlamaq üçün xüsusi hazırlıq keçməlidirlər. Hazırlığın nəticəsində onlara sənəd vermək üçün qiymətləndirmə, yəni öyrəndiklərinin yoxlanılması aparılmalıdır. 

Qiymətləndirmədən uğurla keçənlərə bu barədə sənəd təqdim olunmalıdır. Xüsusi hazırlıq və qiymətləndirmənin də predmeti və proqramı çox sadədir. Bu, sürücülərin peşə fəaliyyətinə və etik davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarını tənzimləyən qanunvericiliyə dair zəruri biliklərdir”. 
Ə.Hüseynov deyib ki, sürücülərin imtahana girməsi üçün xüsusi hazırlığı AYNA təşkil etməlidir:

“14 iyul 2023-cü ildə (yəni təxminən 1 il əvvəl) edilən dəyişikliyə əsasən, qiymətləndirməni DİM həyata keçirməlidir. DİM-in bu işi həyata keçirməsinin qaydası, şərtləri və s. yəqin ki, yaxın vaxtlarda bəlli olacaq və yoxlamalar həyata keçiriləcək. İndiyədək belə hazırlığı keçən və hazırlıqdan sonra AYNA tərəfindən yoxlamadan keçən sürücülər bunun mahiyyətini yaxşı bilirlər. Söhbət çox sadə mövzulardan və buna uyğun qiymətləndirmədən gedir. Həmin məsələləri 5-ci sinif şagirdi səviyyəsində dünya görüşü olan hər kəs asanlıqla mənimsəyə bilər. Yəni xüsusi ajiotajlıq bir şey yoxdur və gözlənilmir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO