“Kino sahəmizdə çox böyük problemlər var”.
Bizim.Media xəbər verir ki, bunu xalq şairi Ramiz Rövşən III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında çıxışı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
TÜRKSOY-un nümayəndəsi: “Əsas məqsədimiz Türk dünyasının yaxınlaşmasıdır”
“Kinossenarist olaraq deyə bilərəm ki, bu gün çəkilən filmlərimizdə çox böyük problemlər var. Halbuki daha keyfiyyətli kino çəkmək imkanlarımız var axı...Artıq nağıl filmlər də çəkilmir. Mən buna görə uşaq şeirləri də yazmağa başladım.
Uşaq şeirlərimizin çoxunda bədii zədə var. Halbuki mən istərəm ki, elə uşaqlar böyüdək ki, ədalətli, mərhəmətli və güclü olsunlar” - deyə Ramiz Rövşən bildirib.
Qeyd edək ki, bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının sonuncu günüdür
Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.
Nuranə Daxilqızı, Leyla Qəhrəmanova, Bizim.Media