Ramiz Rövşən: “Zəfərimizdən sonra nəyisə tənqid etməyə həvəsim qalmayıb” - FOTO/VİDEO 

Ramiz Rövşən: “Zəfərimizdən sonra nəyisə tənqid etməyə həvəsim qalmayıb” - FOTO/VİDEO 

Hazırda oxunan: Ramiz Rövşən: “Zəfərimizdən sonra nəyisə tənqid etməyə həvəsim qalmayıb” - FOTO/VİDEO 

195055

III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Azərbaycan poeziyasının yaşayan korifeyi, xalq şairi Ramiz Rövşən də iştirak edib.

Bizim.Media xəbər verir ki, şairin səsləndirdiyi şeirlər oxucuların izdiham halında onun ətrafında toplaşmasına səbəb olub.
 

MÖVZU İLƏ BAĞLI:

“Bu gün çəkilən filmlərimizdə çox böyük problemlər var” – Ramiz Rövşən 


Ramiz Rövşən bildirib ki, oxucularının daha çox gənclərdən ibarət olması onu sevindirir:

“Çoxu deyir ki, artıq ədəbiyyatı oxuyan yoxdur. Mən bu fikirlə razı deyiləm. Mən çox sevinirəm ki, oxucularımın çoxu məhz gənclərdir.

Bizim ədəbiyyatımız, dilimiz yaşayır. Düzdür, dil və təhsil sahəsində problemlərimiz var, amma bunları həll etmək olar.

Bizim düşmən üzərindəki qələbəmizdən sonra, daha torpaq dərdimiz yoxdur. Deməli, coğrafi ərazimiz barədə problemimiz yoxdursa, mənəvi ərazimizlə bağlı problemləri həll etmək lazımdır. Mənəvi ərazi deyəndə təhsilimizi, dilimizi nəzərdə tuturam”.

Şair bildirib ki, gənclərə baxıb qürurlanır:

“Lakin gənclərə baxıram, qürurlanıram. Gənclər məni inandırır ki, hər şey yaxşıdır. Mən həmişə tənqidçi şair olmuşam, lakin Zəfərimizdən sonra insanın nəyisə tənqid etməyə də həvəsi olmur. Biz torpaqlarımız azad olunandan sonra xəcalət dərdindən qurtulduq. 

Şair şeirə öz bioqrafiyası ilə gəlir, oxucu da öz həyat hekayəsi ilə. Mənim heyran olduğum insanlar var ki, onları özümə müəllim sayıram. O, insanlarla söhbət edəndə mən xeyli zənginləşirəm, lakin həmin adamlar mənə pərəstiş edirlər. 

Mən xoşbəxt sonluqlu sevgi hekayəsinin olduğunu düşünmürəm. Buna görə də sevgi şeirlərimin hamısı kədərlidir”. 

Qeyd edək ki, bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının sonuncu günüdür.

Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.

 






























Nuranə Daxilqızı, Leyla Qəhrəmanova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO