BDU-da Hüquqşünaslıq fakültəsi üzrə SABAH qrupları LƏĞV OLUNUR 

BDU-da Hüquqşünaslıq fakültəsi üzrə SABAH qrupları LƏĞV OLUNUR 

Hazırda oxunan: BDU-da Hüquqşünaslıq fakültəsi üzrə SABAH qrupları LƏĞV OLUNUR 

195048

Növbəti tədris ili üçün Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsində SABAH qruplarına qəbul aparılmayacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən “apa.az”a bildirilib. 

Qeyd edilib ki, Hüquqşünaslıq fakültəsinin SABAH qruplarına qəbulun yalnız Qarabağ Universitetində aparılması nəzərdə tutulub. Eyni zamanda, bildirilib ki, BDU-da digər ixtisaslar üzrə SABAH qrupları fəaliyyətini davam etdirəcək. 

Xatırladaq ki, 2024-2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsində SABAH qruplarına tələbə qəbulu aparılacaq ixtisaslar aşağıdakılardır: 

• Azərbaycan dili və ədəbiyyatı müəllimliyi 

• İbtidai sinif müəllimliyi 

• Hüquqşünaslıq 

• Maliyyə 

• Riyaziyyat müəllimliyi 

• Xarici dil müəllimliyi (ingilis dili) 

• Beynəlxalq münasibətlər 

• Mühasibat 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO