Xəbər verdiyimiz kimi bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının sonuncu günüdür.
Bizim.Media-nın masasında şairə Xalidə Hicran Seyidovanın imza günü keçirilib.
MÖVZU İLƏ BAĞLI:
Türkmənistan Elmlər Akademiyasının prezidenti: “Ölkələrimiz arasında güclü dostluq əlaqələri var”
Bizim.Media xəbər verir ki, şairənin kitabları maraqla qarşılanıb.
Xalidə Hicran “Hicrannamə”, 3 cildə dərc olunan “Hikmət Xəzinəsi” kitablarının müəllifidir. Xalidə Hicran Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Rəssamlar İttifaqının və İraq-Türkmən Yazıçılar Birliyinin üzvüdür.
Şairə “Qızıl Qələm” mükaftı laureatıdır və iki dəfə “İlin şairi” adına layiq görülüb.
Qeyd edək ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.
Nuranə Daxilqızı, Leyla Qəhrəmanova, Bizim.Media