III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında “Məhsəti Şairlər Məclisi” İctimai Birliyinin üzvü, şairə Gülbahar Cahanlının imza günü keçirilib.
Bizim.Media xəbər verir ki, şairənin kitabları maraqla qarşılanıb.
MÖVZU İLƏ BAĞLI:
Publisist Şükufə Göyçəlinin İMZA günü keçirilib - FOTO
Şairənin poeziyası vətənpərvərlik ruhundadır. Gülbahar Cahanlı “Vətən”, “Sülhün nəğməsi”, “Demərəm”, “Zaqatala”, “Heydər Baba” və s. şeirlərin müəllifidir.
Gülbahar Cahanlı Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Şairə AYB Ədəbi-bədii yaradıcılığında fəallığına görə diplomla təltif edilib.
Qeyd edək ki, bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının sonuncu günüdür.
Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.
Nuranə Daxilqızı, Leyla Qəhrəmanova, Bizim.Media