Bakı metrosunda ventilyasiya sistemi yay qrafikinə keçirilir – FOTO  

Bakı metrosunda ventilyasiya sistemi yay qrafikinə keçirilir – FOTO  

Hazırda oxunan: Bakı metrosunda ventilyasiya sistemi yay qrafikinə keçirilir – FOTO  

195011

Sabahdan Bakı Metropoliteninin stansiya və tunellərinin ventilyasiya sistemi yay qrafikinə keçirilir. 

Bizim.Media xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin Elektromexanika xidmətinin baş mühəndisi Məzahir Qədirov jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, ventilyatorların yeni qrafikinə əsasən, stansiyaların gün ərzində havalandırılması yay fəslinin orta temperatur rejiminə uyğun olaraq tənzimlənəcək: 

"Bununla yanaşı, gündəlik monitorinqlər və hava proqnozu ilə bağlı rəsmi məlumatlar diqqətdə saxlanılaraq, əlavə tədbirlərin görülməsi nəzərdə tutulacaq. Yay qrafikinə uyğun olaraq, günün isti və qızmar saatlarında ventilyatorlar sovurma istiqamətində çalışdırılır, isti və çirklənmiş hava kütləsini tunellərdən xaric edir. Səhər erkən və axşam saatlarında isə əksinə, ventilyatorların işi hava kütləsinin stansiya və tunellərə axını istiqamətində təmin edilir". 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO