Publisist Şükufə Göyçəlinin İMZA günü keçirilib - FOTO 

Publisist Şükufə Göyçəlinin İMZA günü keçirilib - FOTO 

Hazırda oxunan: Publisist Şükufə Göyçəlinin İMZA günü keçirilib - FOTO 

195005

III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında yazıçı-publisist Şükufə Göyçəlinin imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, yazıçının kitabları oxuculara təqdim olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Festivalda şairə Cəvahir Qaraqızının kitabları TƏQDİM OLUNDU - FOTO


Qeyd edək ki, Şükufə Göyçəlinin “Göyçədən başlanan ömür”, “Fəlsəfi düşüncələr”, “Yaşamaq istəyirəm”, “Analı dünyamın həsrətindəyəm”, “Səni ömrümə yazmışam” əsərləri maraqla qarşılanıb.

Şükufə Göyçəli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, “Lirik şairə” diplomu və başqa mükafatlara layiq görülüb.

Qeyd edək ki, bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının sonuncu günüdür.

Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.






Nuranə Daxilqızı, Leyla Qəhrəmanova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO