III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında “Məhsəti Şairlər Məclisi” İctimai Birliyinin İdarə Heyətinin sədri, şairə Cəvahir Qaraqızının imza günü keçirilib.
Bizim.Media xəbər verir ki, şairənin kitabları maraqla qarşılanıb.
MÖVZU İLƏ BAĞLI:
Əziz Sancar III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında – VİDEO
Cəvahir Qaraqızı “Turana doğru”, “Aprel döyüşləri”, “Əsrin öndəri”, “Dünya yaxşılarındır” və s. kitabların müəllifidir.
Qeyd edək ki, Cəvahir Qaraqızı Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Türkmən Yazarlar Birliyinin üzvüdür, “Qızıl Qələm”, “Tomris”, “Heydər Əliyev-100”, “İlhamlı zirvəyə” medallarl və baçqa mükafatların laureatıdır.
Cəvahir Qaraqızı “Turana doğru” şeiri ilə Türkiyədə birincilik qazanıb, Azərbaycana qızıl medal, sertifkat və diplomlarla qayıdıb.
Qeyd edək ki, bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının sonuncu günüdür.
Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.
Nuranə Daxilqızı, Leyla Qəhrəmanova, Bizim.Media