Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının sonuncu GÜNÜDÜR – FOTO  

Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının sonuncu GÜNÜDÜR – FOTO  

Hazırda oxunan: Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının sonuncu GÜNÜDÜR – FOTO  

194993

Bizim.Media-nın informasiya dəstəyi və Beynəlxalq Türk Müəllifləri Birliyinin (BTMB) təşkilatçılığı ilə Bakıda III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 8-ci gününə start verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Festivalda şair Şəhriyar del Geraninin şeirləri alqışlarla QARŞILANDI - FOTO


Festival bu gün Şimali Kiprə həsr olunub və dövlət himni ilə başlayıb.

Gün ərzində festival iştirakçıları və qonaqlar üçün Şimali Kipr ədəbiyyatından nümunələr və musiqilər səsləndiriləcək.

Tədbirin aparıcısı Şimali Kipr ədəbiyyatından, poeziyasından, yazıçı və şairlərinin həyat və yaradıcılığından danışıb. 

Festivalda Həmid Araslının 115-ci ildönümü ilə əlaqədar tədbir keçirilir. 

Tədbirdə çıxış edən filologiya üzrə elmlər doktoru Zəhra Allahverdiyeva Həmid Araslının həyat və yaradıcılığına nəzər salıb, onun Azərbaycan ədəbiyyatşünaslığının inkişafına verdiyi töhfələrdən danışıb.

Qeyd edək ki, bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 8-ci, yəni sonuncu günüdür.

Bizim.Media
informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.










Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO