“Gənc arıçı” layihəsinin təlim mərhələsinə start verildi - FOTO

“Gənc arıçı” layihəsinin təlim mərhələsinə start verildi - FOTO

Hazırda oxunan: “Gənc arıçı” layihəsinin təlim mərhələsinə start verildi - FOTO

194944

“Yaşıl dünya naminə həmrəylik ili” və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2021-ci ildən etibarən həyata keçirilən “Gənc arıçı” layihəsinin növbəti mərhələsi Qəbələ rayonunda davam edir.

IDEA İctimai Birliyindən Bizim.Media-ya bildirilib ki, bu il Qəbələ rayonunda keçirilən “Gənc arıçı” layihəsi çərçivəsində ilkin mərhələ olaraq layihənin seçimləri baş tutub. 

Layihəyə qatılmaq üçün Qəbələ və ətraf rayonlardan 50-dən çox müraciət qəbul edilib. Onlardan 39-u iştirak üçün uyğun hesab edilərək seçim mərhələsinə dəvət alıb. Seçim turunda 20 gənc ailə layihədə iştirak hüququnu qazanaraq təlimlərə cəlb olunub.
Gənc arıçılar 2024-cü il mayın 22-dən etibarən Qəbələ rayonunda keçirilən üç mərhələdən ibarət bir aylıq təlim müddətində nəzəri və praktiki biliklər əldə edəcək, təlim müddətini tamamladıqdan sonra arıçılıq təsərrüfatı üçün lazım olan arı ailəsi və pətəkləri, arıçı geyimi, balsüzən aparat və digər lazımi ləvazimatlarla tam təchiz olunacaqlar. Növbəti mərhələdə isə iştirakçılara istehsalat prosesini effektiv icra etmələri üçün lazımi şərait yaradılaraq arı ailələrinin paylanması həyata keçiriləcək.

Xatırladaq ki, IDEA İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyinin və “ABAD” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə həyata keçirilən layihənin məqsədi biomüxtəlifliyin qoruyucusu olan arıların ölkəmizdə arealını artırmaq, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi Azərbaycanın bölgələrində yayılmasını təşviq etmək, təbii bal istehsalının təmin olunmasına dəstək vermək, gənc ailələrin maddi rifahının yaxşılaşdırılmasına töhfə vermək və gənclərin məşğulluğunu təmin etməkdir.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO