Azərbaycan Ordusunun mayoru Amil Abdullayevi öldürməkdə təqsirləndirilən kapitan Nizami Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bizim.Media xəbər verir ki, iş baxılması üçün Füzuli hərbi məhkəməsinə göndərilib.
İş hakim Əmrah Nəcəfovun icraatına verilib.
Qeyd edək ki, ilkin istintaqla, zabit Amil Abdullayevin digər zabit Abdullayev Nizami Eynulla oğlu tərəfindən aralarında yaranmış mübahisə zəmnində qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olunduğundan, o, şübhəli şəxs qismində tutularaq, istintaqa cəlb edilib.
Mayor A. Abdullayev Vətən müharibəsinin iştirakçısı olub.
Bir neçə rayonun işğaldan azad edilməsinə görə təltif edilib. Fakt üzrə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Bizim.Media