Çiyələklə bağlı RƏSMİ XƏBƏRDARLIQ

Çiyələklə bağlı RƏSMİ XƏBƏRDARLIQ

Hazırda oxunan: Çiyələklə bağlı RƏSMİ XƏBƏRDARLIQ

194704

“Mövsümün ən dadlı meyvələrindən biri olan çiyələk bəzi insanlarda allergik reaksiyalara səbəb olur”.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı məlumatı Kliniki Tibbi Mərkəz yayıb. 

Xəbərdarlıqda deyilir ki, bu allergik reaksiya orqanizmin çiyələyin tərkibindəki zülallara qarşı həssaslığı nəticəsində yaranır. 

Özünü yüngül qaşınmadan şiddətli dəri səpgilərinə və ya tənəffüs problemlərinə qədər dəyişən əlamətlərlə büruzə verir.

Çiyələk allergiyasının simptomları müxtəlif olur. Bu allergiya ağızda və boğazda qaşınma, dodaqların və dilin şişməsi, dəri səpgiləri, qızartı və qaşınma, sulu və qaşınan gözlər, burun tıxanıqlığı və asqırma və s. kimi simptomlarla özünü göstərir. 

Çiyələk qəbul etdikdən dərhal sonra və ya bir neçə saat ərzində bu əlamətlərdən biri və ya bir neçəsi müşahidə olunarsa, mütləq həkimə müraciət etmək lazımdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO