Azan niyə Azərbaycan dilində SƏSLƏNDİRİLMİR? – İlahiyyatçıdan AÇIQLAMA

Azan niyə Azərbaycan dilində SƏSLƏNDİRİLMİR? – İlahiyyatçıdan AÇIQLAMA

Hazırda oxunan: Azan niyə Azərbaycan dilində SƏSLƏNDİRİLMİR? – İlahiyyatçıdan AÇIQLAMA

194672

Din mənəvi dəyərdir. Ona görə də ona toxunmaq, kor-koranə hücum etmək olmaz. Amma dini savadlılığı artırmaq lazım gələndə, hətta müəyyən islahatlara getmək olar. Çünki 1400 il əvvəlki reallıqla bu günün gerçəklikləri üst-üstə düşmür. Ona görə də bəzi rituallara bu günün prizmasından yanaşmaq olar. 

Bununla belə dini etiqadlara və dini rituallara qarşı kor-koranə fikirlər səsləndirmək də birmənalı qarşılanmır.

Məsələn, son günlər daha çox belə bir fikir səsləndirilir:

“Azan niyə Azərbaycan dilində səslənmir?”

Suala ilahiyyatçı Tural İrfan aydınlıq gətirdi. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, azanın ərəbcə səsləndirilməsinin bir səbəbi var:

“Azan bir çağırışdır. Nəzərə alaq ki, bu gün dünya əhalisinin 1/5-i İslam dininin daşıyıcısıdır. İslam dininin daşıyıcısı olan xalqların sayı ən azından 50-dən artıqdır. Üstəlik, İslam sülh və həmrəylik dinidir. Ona görə də ümumi çağırış eyni cür, bütün xalqların qəbullanacağı dildə olmalıdır. 

Məsələn, hər gün paytaxtımızdakı məscidlərə onlarla xalqın nümayəndəsi namaza gəlir. Belə olan təqdirdə azan eyni vaxtda neçə cür səslənməlidir?! Bunu praktik cəhətdən etmək mümkün olsa belə, bu dini, irqi ayrı-seçkiliyə səbəb olacaq. Onsuz da məzhəb ixtilafı əsrlərdir İslam ümmətinin belini qırıb”.
İlahiyyatçı azanın istisna hallarda qeyri-ərəb dildə səsləndirilməsini mümkün hesab edir:

“Məsələn bir və ya bir neçə şəxsi namaza çağırmaq üçün lokal məkanda başqa dildə azan səsləndirmək olar. Hətta tək namaz qılan özü üçün azanı öz dilində oxuya bilər. Ancaq böyük auditoriya üçün bu məqbul deyil. Bir daha deyirəm azan çağırışdır. Bu çağırışsa vahid dildə olmalıdır ki, hər kəs anlasın. Necə ki, əsrlər boyu bu belə olub. Ona görə də bu cür məsələləri müzakirə predmetinə çevirmək istəyənlər İslama zərbə vurmaq məqsədindədirlər. Belələriylə qətiyyən razılaşmaq olmaz”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO