İŞ AXTARANLAR! - “GESCO

İŞ AXTARANLAR! - “GESCO" mühafizə şirkəti işə dəvət edir 

Hazırda oxunan: İŞ AXTARANLAR! - “GESCO" mühafizə şirkəti işə dəvət edir 

19467

2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən “GESCO" mühafizə şirkəti sağlam, idmanla məşğul olan, Azərbaycan və rus dillərini bilən, 25-40 yaş arası və mühafizə sahəsində çalışmaq istəyi olan şəxsləri işə dəvət edir.

Müraciət üçün aşağıdakılar tələb olunur:

- Yaş: 25-40

- Boy: 175-dən yuxarı

- Hərbi xidmət keçmiş (mütləqdir)

- Azərbaycan vətəndaşı olmalı (mütləqdir)

- Mühafizə kursu bitirənlərə üstünlük verilir

İşə qəbul olunanların vəzifə msuliyyəti belədir:

- İnsanların, binaların və inventarın fiziki təhlükəsizliyinin təmini;

- Ətraf ərazilərin qorunması, həmin ərazilərə kənar şəxslərin icazəsiz daxil olmasının qarşısının alınması;

- Yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi;

- Buraxılış və obyektdaxili rejim qaydalarına əməl olunmasının təmin edilməsi;

- Fövqəladə hallar zamanı insanların və zəruri inventarın təxliyyəsinin təşkil edilməsi;

- Təhlükəsizliyin təmin edilməsi səviyyəsinin mütəmadi diaqnostikası.

İş növbəlilik əsasındadır, əmək haqqı 350 - 550 AZN aralığında nəzərdə tutulur.

Arzu edənlər bu koordinatlar üzrə müraciət edə bilərlər:

Ünvan: Ziya Bünyadov pr. 1965 məh., "Çinar Park" Biznes Mərkəzi, Bina 5

E-mail: [email protected]

Telefon: (+994 12) 310-05-77

Mob: (+994 55) 206-87-89

Şirkət xəbərdarlıq edir ki, ancaq qeyd edilən parametrlərə cavab verən namizədlərin müraciətinə baxılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO