Mustafa Abbasbəylinin yeni vəzifəyə təyin olunması ilə bağlı RƏSMİ AÇIQLAMA 

Mustafa Abbasbəylinin yeni vəzifəyə təyin olunması ilə bağlı RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Mustafa Abbasbəylinin yeni vəzifəyə təyin olunması ilə bağlı RƏSMİ AÇIQLAMA 

194633

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli vəzifəsindən ayrılıb.

Bununla bağlı məlumatı Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov təsdiqləyib:

“Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli başqa işə keçməsi ilə əlaqədar işdən azad edilib”, - deyə qurum rəsmisi bildirib. 

Məlumata görə Mustafa Abbasbəyli bundan sonra fəaliyyətini Mədəniyyət Nazirliyi Aparatının rəhbəri kimi davam etdirəcək. Bununla bağlı nazir Adil Kərimlinin əmr imzaladığı bildirilir.

Mədəniyyət Nazirliyinin mətbuat katbi Aynur Kərimova isə Mustafa Abbasbəylinin qurumun aparat rəhbəri vəzifəsinə təyin olunması məsələsinə belə cavab verib:

“Mustafa Abbasbəyli barədə rəsmi əmr imzalanmayıb.  Əmr imzalanandan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Xatırladaq ki, Mustafa Abbasbəyli 2020-ci il iyulun 2-dən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışırdı.

Qeyd edək ki, məlumatı ilk olaraq Bakupost.az saytı yayıb. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO