Maliyyə Nazirliyi Azərbaycanın Almaniyadakı səfirliyi ilə bağlı DTX-yə MÜRACİƏT ETDİ

Maliyyə Nazirliyi Azərbaycanın Almaniyadakı səfirliyi ilə bağlı DTX-yə MÜRACİƏT ETDİ

Hazırda oxunan: Maliyyə Nazirliyi Azərbaycanın Almaniyadakı səfirliyi ilə bağlı DTX-yə MÜRACİƏT ETDİ

194609

Azərbaycanın Almaniyadakı Səfirliyinin 30 dekabr 2014-cü il tarixdən 1 oktyabr 2021-ci il tarixinə qədərki dövrdə maliyyə-təsərrüfat fəaliyyətinin təftişi zamanı bank çıxarışlarındakı məlumatların dəyişdirilərək saxtalaşdırılması, bank hesablarında olan vəsaitlərin, o cümlədən konsulluq əməliyyatları üzrə dövlət rüsumlarının təyinatından başqa hesablara köçürülməsi yolu ilə mənimsənilməsi halları müəyyənləşib.

 

Sfera.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, aşkar edilmiş maliyyə pozuntularının ciddiliyi nəzərə alınaraq təqsirkar vəzifəli şəxslər barəsində müvafiq tədbirlər görülməsi məqsədilə yoxlama materialı Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO