Bakı Slavyan Universitetində Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib - FOTO

Bakı Slavyan Universitetində Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib - FOTO

Hazırda oxunan: Bakı Slavyan Universitetində Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib - FOTO

194534

Bakı Slavyan Universitetində (BSU) 28 May Müstəqillik Günü ilə bağlı tədbir keçirilib. 

Bu barədə Bizim.Media-ya universitetdən bildirilib. Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, ardınca Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasında xidmətləri olan şəxsiyyətlərin, həmçinin 20 Yanvar, Xocalı faciəsi və Azərbaycan torpaqlarının azadlığı uğurunda can qoyan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan BSU-nun rektoru Anar Nağıyev Azərbaycan tarixinin qədimlərə söykəndiyini, bu coğrafiyanın həmişə böyük güclərin mübarizə səhnələrinin mərkəzində yer aldığını, bəzən isə Azərbaycan torpaqlarının istila olunduğunu bildirib.

Rektor 1918-ci il mayın 28-də Azərbaycanın tarixi proseslər çərçivəsində öz müstəqilliyini bərpa edərək cümhuriyyəti qurduğunu və bu cümhuriyyətin Azərbaycan tarixində, həm də bütün Şərq və müsəlman dünyasında ilk demokratik cümhuriyyət olması ilə yaddaşlarda qaldığını vurğulayıb.

A.Nağıyev cümhuriyyət dövründə qadın seçki hüquqlarının tanınması, həmçinin ilk universitetin və bir çox məsələlərdə də Şərqdə yeni ilk nümunələr formalaşdırıldığını diqqətə çatdırıb.

Rektor bildirib ki, Azərbaycan xalqı çox şanslıdır ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında 1993-cü ildə öz müasir dövlətini yenidən qurmaq imkanını əldə edib və nəticə etibarilə biz bu gün şanlı, qalib Azərbaycanın vətəndaşları kimi şərəfli bir ömür yaşayırıq. Anar Nağıyev cənab prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dayanmadan inkişafını, qələbələrə doğru irəlilədiyini, suverenliyimizin bərpa olunmasını şanlı tariximizin zəfərlə dolu yeni səhifələri olduğunu söyləyib.

“İstiqlal təfəkkürü olmayan millət istiqlala qovuşa bilməz” şüarı ilə çıxışına başlayan Ə.Əhməd AXC dövrü haqqında söhbət açıb və Azərbaycan xalqının hər zaman dünyada yeniliklərə imza atan xalq olduğunu diqqətə çatdırıb.
O həmçinin Azərbaycan milli təşəkkürünün ədəbiyyat və maarifçilikdən başlanmasından bəhs edib. Professor AXC-nin yarandığı tarixi şərait haqqında danışarkən qeyd edib ki, Azərbaycanın milli düşüncəli, milli təfəkkürə malik aydınları olmasaydı AXC olmayacaqdı. 

Ə.Vəliyev isə çıxışında görkəmli ictimai xadim, publisist M.B.Məmmədzadənin həyatı və fəaliyyəti haqqında ətraflı söhbət açıb. O, publisistin mühacirləri müdafiə etməsi, bunun üçün Türkiyəni tərk edərək Almaniyaya getməsi, daha sonra 1959-cu ildə xəstəliyinin irəliləməsi ilə halının pisləşməsi və vəfatınadək olan dönəm haqqında tədbir iştirakçılarına məlumat verib.

Ə.Vəliyev, həmçinin özünün ilk elmi işinin də M.B.Məmmədzadə haqqında olduğunu deyib. Çıxışının sonunda Ə.Vəliyev qeyd edib ki, Prezident İlham Əliyev mühacirlərin arzusunda olduqları belə güclü dövlət qurmaqla onların ruhlarını şad etdi. Ə.Vəliyev eləcə də Azərbaycan xalqını qələbə ilə şadlandırdığı və Azərbaycan bayrağını işğaldan azad olunmuş torpaqlarda ucaltdığına görə Cənab Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.

M.Əzizova çıxışı zamanı ölkə Prezidenti İlham Əliyevin AXC-yə daim dərin ehtiram hissi ilə yanaşdığını vurğulayıb.

O, çıxışında bildirib ki, 1990-cı ildən o dövr üçün Respublika Günü kimi qeyd olunan 28 May həm Azərbaycanda, həm də bütün dünya dövlətlərində əziz tarixi gün kimi qeyd olunurdu. M.Əzizova onu da əlavə edib ki,  2017-ci ildə İlham Əliyevin Sərəncamı ilə 2018-ci il Azərbaycanda AXC ili elan olunması, həmçinin Azərbaycan Ordusunun 100 illiyi, eyni zamanda 15 sentyabr Bakının azad olunmasının 100 illiyi ilə əlaqədar Cümhuriyyətə ehtiram əlaməti olaraq ölkədə müxtəlif tədbirlər keçirilib.

Bundan əlavə, çıxışçı  2020-ci ildə Azərbaycanın Böyük Zəfərindən sonra dövlət başçısının 28 May tarixinə yeni məzmun, dəyər gətirdiyini və 2021-ci ilin 15 oktyabrında qəbul etdiyi Qanuna əsasən Respublika Gününün Müstəqillik Günü kimi qeyd olunduğunu bildirib. M.Əzizova çıxışının sonunda isə 28 May Müstəqillik Gününü artıq qalib Azərbaycan xalqı olaraq qeyd etdiyimizi vurğulayıb.
Anar Nağıyev sonda çıxış edənlərə ayrı-ayrılıqda təşəkkürünü bildirib və belə müzakirələrin, tədbirlərin BSU-da tez-tez keçirilməsinin önəmi qeyd edib. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO