III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında yazıçı Narıngül Nadirin imza günü keçirilib.
Bizim.Media xəbər verir ki, yazıçının “Çilli qız” povest və hekayələr kitabı oxuculara təqdim olunub.
MÖVZU İLƏ BAĞLI:
Məlahət İsmayılqızının Göyçə nisgilinə həsr olunan kitabları maraqla QARŞILANDI - FOTO
Qeyd edək ki, Narıngül Nadir Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qobustan” jurnalının əməkdaşıdır.
Yazıçı “Rəsul Rza” və “Şahmar Əkbərzadə” mükafatına layiq görülüb.
Xatırladaq ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.
Festival mayın 31-dək davam edəcək.
Bizim.Media