Məlahət İsmayılqızının Göyçə nisgilinə həsr olunan kitabları maraqla QARŞILANDI - FOTO 

Məlahət İsmayılqızının Göyçə nisgilinə həsr olunan kitabları maraqla QARŞILANDI - FOTO 

Hazırda oxunan: Məlahət İsmayılqızının Göyçə nisgilinə həsr olunan kitabları maraqla QARŞILANDI - FOTO 

194523

Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının beşinci gününə start verilib.

Bizim.Media-nın masasında publisist-yazar və tədqiqatçı Məlahət İsmayılqızının imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, imza günündə yazıçının əsərləri maraqla qarşılanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Əslən Şuşadan olan 14 yaşlı Zəhra Qarabağlının İFASI – VİDEO 


Yazıçı “İtirilmiş cənnət, yaxud Göyçə rəmzləri”, “Göyçənin rəmzi Göyçə gölüdür”, “Göyçə nisgili, Göyçə dərdi”, “Göyçə adlı ilahi sevgi”, “Məndən Göyçəyə yetirin salam, “Allahın bir nəzəri vardır Göyçədə” kitablarının müəllifidir. 

Məlahət İsmayılqızının əsərlərində vətən ruhu, Göyçə nisgili hiss olunur. Yazıçı kitablarında Göyçənin toponomiyasından, ziyalılarından, ocaqlarından söz açıb. 

Məlahət İsmayılqızı Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, “Qızıl Qələm” mükafatı, Zərdabi adına diplom və digər mükafatlara layiq görülüb. 

Qeyd edək ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.

Məlumat üçün bildirək ki, festival ayın 31-dək davam edəcək.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO