Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında Şair Dayandur Sevginin kitablarının imza günü keçirilib.
Bizim.Media xəbər verir ki, şairin əsərləri oxucular tərəfindən maraqla qarşılanıb.
MÖVZU İLƏ BAĞLI:
Günay Həsənovanın tarixi etnoqrafik tədqiqat kitabları maraq DOĞURUB – FOTO
Dayandur Sevgin “Dərdi şairindi bu yer üzünün” kitabının müəllifidir.
Dayandur Sevgin Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ulduz” jurnalının şöbə redaktorudur.
Xatırladaq ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.
Festival mayın 31-dək davam edəcək.
Bizim.Media