Bədbəxt hadisə nəticəsində dünyasını dəyişən hərbçimiz DƏFN OLUNDU - FOTO/VİDEO

Bədbəxt hadisə nəticəsində dünyasını dəyişən hərbçimiz DƏFN OLUNDU - FOTO/VİDEO

Hazırda oxunan: Bədbəxt hadisə nəticəsində dünyasını dəyişən hərbçimiz DƏFN OLUNDU - FOTO/VİDEO

194486

Ötən gün bədbəxt hadisə nəticəsində dünyasını dəyişmiş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 22 yaşlı Elvin Daşdəmir oğlu Eyvazovun cənazəsi doğulduğu Xaçmaz rayonunun Köhnə Xudat kəndindəki ata evinə gətirilib.

Bizim.Media xəbər verir ki, vida mərasimindən sonra onun cənazəsi Köhnə Xudat kənd məzarlığına gətirilib.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Hərbi qulluqçumuz boğularaq HƏYATINI İTİRDİ


Mərasimdə ailə üzvləri, sakinlər, ictimaiyyət nümayəndələri, Xaçmaz icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin məsul şəxsləri, qulluq etdiyi hərbi hissənin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.

Hərbi hissənin nümayəndəsi Elvin Eyvazovun Vətən Müharibəsində Suqovuşan istiqamətində vuruşduğunu, 2022-ci ilin sentyabrında düşmən təxribatının qarşısının alınmasında və 2023-cü il sentyabr ayında son anti-terror hadisəsində iştirak etdiyini deyib.

Elvinin atası Daşdəmir Eyvazov oğlunun ölümünə üzülsə də Bizim.Media-ya onun Vətən Müharibəsində və digər əməliyyatlarda iştirak etdiyindən qürur duyduğunu söyləyib. Ata onun evə sonuncu dəfə bazar günü mayın 26-da gəldiyini söyləyib.

Elvin Eyvazov  Vətən Müharibəsində igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Mərhum Elvin Eyvazov subay idi, onun bir qardaşı var.

Hərbi qulluqçu Elvin Eyvazovun ölüm faktı ilə bağlı Hərbi Prokurorluqda araşdırma başlanılıb.

Bizim.Media-nın hərbi hissə nümayəndəsindən əldə etdiyi məlumata görə, ona şəhid statusunun verilib-verilməməsi istintaqın sonunda məlum olacaq. 











Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO