Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında yazıçı-publisist Xalidə Nurayın kitablarının imza günü keçirilib.
Bizim.Media xəbər verir ki, yazıçının əsərləri oxucular tərəfindən maraqla qarşılanıb.
MÖVZU İLƏ BAĞLI:
Yazıçı Adilə Aslanovanın fəlsəfi kitabları maraqla QARŞILANDI – FOTO
Xalidə Nuray “Zərif sətirlər”, “Taleyimin rəngi” və “Xəyallarımın göz yaşı, kitablarının müəllifi, “Ədəbi incilər” jurnalının təsisçisi və baş redaktorudur.
Həmçinin Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, İrak-Türkmən Yazarlar Birliyinin, Orta Asiya, Yeni Avaz, Tarixçilər və Yazarlar Birliyinin üzvüdür.
Yazıçı “İlin şairi” media mükafatı, “Turan Birliyi” medalı, “Heydər zirvəsi” fəxri diplomu ilə təltif olunub.
Xatırladaq ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.
Qeyd edək ki, bu gün festivalın beşinci günüdür. Festival mayın 31-dək davam edəcək.
Bizim.Media