Yazıçı Adilə Aslanovanın fəlsəfi kitabları maraqla QARŞILANDI – FOTO  

Yazıçı Adilə Aslanovanın fəlsəfi kitabları maraqla QARŞILANDI – FOTO  

Hazırda oxunan: Yazıçı Adilə Aslanovanın fəlsəfi kitabları maraqla QARŞILANDI – FOTO  

194471

Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında yazıçı-publisist Adilə Aslanovanın kitablarının imza günü keçirilib. 

Bizim.Media xəbər verir ki, yazıçının əsərləri maraqla qarşılanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Yazıçı Rizvan Fikrətoğlunun imza günü KEÇİRİLDİ – FOTO 


Adilə Aslanova “Üşüyən şeirlər”, “Ləpələrin göz yaşı”, “Son görüş”, “Sənsən alınmaz qalam” kitablarının müəllifidir.

Yazıçı əsərlərində lirik və fəlsəfi janrlara müraciət edib.

Qeyd edək ki, Adilə Aslanova Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, “Heydər Əliyev ili” çərçivəsində keçirilən layihənin qaliblərindəndir. 

Yazıçının “Sənsən alınmaz qalam” şeirlər kitabı Təbrizdə çap olunub.

Xatırladaq ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.

Qeyd edək ki, bu gün festivalın beşinci günüdür. Festival mayın 31-dək davam edəcək. 











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO