III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının beşinci günü Azərbaycana HƏSR olunub – FOTO 

III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının beşinci günü Azərbaycana HƏSR olunub – FOTO 

Hazırda oxunan: III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının beşinci günü Azərbaycana HƏSR olunub – FOTO 

194461

III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı bu gün Azərbaycana həsr olunub.

Bizim.Media-nın informasiya dəstəyi və Beynəlxalq Türk Müəllifləri Birliyinin (BTMB) təşkilatçılığı ilə Bakıda III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 5-ci gününə start verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Publisist Brilyant Atəşin kitabları TƏQDİM olundu – FOTO 


Bizim.Media xəbər verir ki, festivalın bu günü Azərbaycanın dövlət himni ilə başlayıb.

Aparıcı Azərbaycanın poeziyasından, ədəbiyyat xadimlərinin istiqlaliyyətə gedən yolda çəkdikləri əziyyətlərdən söz açıb.

Publisistlər “Kəşkül”, “Şərqi-Rus”, “Tərcüman” və bu dövrün digər qəzetlərində yayımlanan məqalələrin xalqda milli birliyin oyanmasına səbəb olmasını xüsusi vurğulayıb. Eyni zamanda “Füyuzat” və “Molla Nəsrəddin” jurnallarında ard-arda çıxan yazılar məfkurə dağlasının içində özünü göstərməsindən, milli oyanışa gətirib çıxardığını qeyd edib.

Qeyd edək ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.

Xatırladaq ki, AMEA-nın parkında (Hüseyn Cavid prospekti) səkkiz gün davam edəcək festivalın hər günü bir ölkəyə – Azərbaycan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinə həsr olunacaq.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO