Naxçıvanda Dövlət Proqramının icrasının təşkili məqsədilə İşçi Qrupu yaradılıb

Naxçıvanda Dövlət Proqramının icrasının təşkili məqsədilə İşçi Qrupu yaradılıb

Hazırda oxunan: Naxçıvanda Dövlət Proqramının icrasının təşkili məqsədilə İşçi Qrupu yaradılıb

194371

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrasının təşkili məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2024-cü il 24 may tarixli Sərəncamı ilə İşçi Qrupu yaradılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

Sərəncamda İşçi Qrupuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin əsas icraçısı olduğu hər bir tədbirin icrası ilə bağlı görülmüş işlərə dair Nazirlər Kabinetinə aylıq hesabat təqdim edilməsi tapşırılıb.

Məlumat üçün qeyd edək ki, Təfsilatlı Tədbirlər Planında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin əsas icraçısı olduğu tədbirlər üzrə icra funksiyasının yerinə yetirilməsi Sərəncamda adları çəkilmiş dövlət orqanlarına həvalə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO